2013-cü il 9 ayının yekunlarına görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 501,7 min nəfər olub və onlardan 898,4 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 603,3 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
“Axar.az-ın Dövlət Statistika Komitəsindən aldığı məlumata görə, muzdla işləyənlərin 22,4 faizi təhsildə, 18,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,7 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,3 faizi tikintidə, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7 faizi informasiya və rabitə sahəsində və 17,2 faizi iqtisadiyyatın digər sahələrdə çalışmışlar
Bu 9 ayda muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 415 manatdır ki, bu da ötən illə müqayisədə 6,9 faiz çoxdur.