Dənizkənarı Milli Parkın Bayraq Meydanından Bibiheybət məscidi istiqamətində uzadılması işləri aparılır.
Səbail rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, ilk növbədə prezident İlham Əliyevin sərəncamına əsasən Bayılda aparılan işlər çərçivəsində burada yerləşən bir sıra sənaye obyektləri, gəmiqayırma zavodları və yaşayış evləri köçürülüb, Dövlət Bayrağı Meydanı yaradılıb, «Avroviziya» mahnı müsabiqəsi ilə əlaqədar 35 min tamaşaçı yerlik «Kristall-Xall», Bakı-Ələt avtomobil yolunun bir hissəsi tikilib, yeni yol strukturu yaradılıb.
Hazırda Bayıl dairəsinin ətrafının yenidənqurulması və abadlaşdırılması işlər aparılır. Bayıl dairəsinə yaxın ərazidə yerləşən 165 ədəd fərdi yaşayış evləri, obyektlər müvafiq kompensasiyalar ödənilməklə köçürülüb, hazırda bu ərazidəki bir sıra sənaye və özəl öbyektlərin köçürülməsi və yeni bulvar üçün yeni struktur yaradılması aparılır. Həmçinin, 2013-cü ildə burada Su oyunları stadion kompleksinin tikintisi həyata keçirilir.