Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Azərqazbank”da 4 milyonluq- Qalmaqal

“Azərqazbank”da 4 milyonluq-  Qalmaqal
“Azəriqazbank” və “Amil” MMC-nin adı 4 milyon dollarlıq məhkəmə qalmaqalında hallanır.


“Yenimeydan.info” AzNews.az -a istinadən xəbər verir ki, Naxçıvan sakini Mənsur Şükürov “Azərqazbank”la 2007-ci il 7 noyabr tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırıb. 



Müqavilə predmeti Bəşir Səfəroğlu küçəsində ümumi sahəsi 564,7 kvm olan qeyri-yaşayış sahəsi olub. Müqavilə bağlandığı zaman həmin ərazidə tikili olmayıb, yalnız bir neçə sütun olub ki, onlar da öz-özünə uçub. 



M.Şükürov AzNews.az-a verdiyi məlumata görə, krediti özü üçün götürməyib: 



“Krediti mənə məxsus olan həmin qeyri-yaşayış sahəsini ipoteka etdirməklə “Amil” MMC alıb. “Amil” MMC və onu rəhbəri, Quba rayon sakini İlham Əhməd oğlu Əliyevlə heç bir tanışlığım olmayıb. Ortaq tanışımız Elçin Yusubov vasitəçilik edib. Belə qərara aldıq kı, “Amil” MMC həmin sahəni ipotek etdirməklə bankdan 1,5 milyon dollar kredit götürmək üçün müraciət etsin. Əmlak 3 milyon 763 min 900 dollar dəyərində qiymətləndirildi”. 



Tərəflər arasındakı razılaşmaya əsasən, alınan kreditdən istifadə nəticəsində əldə edilən gəlirdən əmlak sahibi olan M.Şükürov da yararlanacaqmış. Ancaq sonrakı proseslər zamanı M.Şükürov öyrənib ki, MMC-nin dövriyyəsi 0-dır: “Mənə indiyə qədər də qaranlıqdır ki, dövriyyəsi 0 olan bir MMC-yə belə yüksək məbləğdə kredit necə verildi. Müqaviləyə əsasən 1,5 milyon dollar kredit ona görə verilmişdi ki, dövriyyədə olan vəsait artırılsın. Kredit köçürmə yolu ilə verilmədi. 2 dəfə nağd olaraq pul İlham Əliyev tərəfindən bankdan çıxarıldı”. 



Pul götürüldükdən sonra kreditin ödənilməsində ciddi problemlər ortaya çıxıb. Həmsöhbətimiz deyir ki, “Amil” MMC və sahibi İlham Əliyev məbləğdən cəmi 100 minini banka geri ödəyib. Bu məbləği də İ.Əliyev M.Şükürovun qardaşından işlər tam qaydasına saldıqdan sonra qaytarmaq adı ilə borc alaraq ödəyib: “Bundan sonra İlham Əliyev sanki yoxa çıxdı. Dəfələrlə kreditin ödənilməsi ilə bağlı müraciət etsək də, pulu ödəmədi”. 



Məsələ ilə bağlı M.Şükürov məhkəməyə müraciət edib. İlham Əliyevin ölkədən çıxışına qadağan qoyulub. Onun Qubada 2 milyon 800 min manat dəyərində olan anbarına həbs qoyulub. 2012-ci ildə Nəsimi rayon Məhkəməsində çıxarılan qətnaməyə əsasən ilk iddia üzrə ipoteka müqaviləsi etibarsız hesab olunub və qarşılıqlı iddia üzrə “Amil” MMC-nin “Azərqazbanka”a 1 milyon 688 min dollar ödəməsi barədə qətnamə çıxarılıb.



Ancaq bu qətnamədən narazı qalan ”Azərqazbank” və “Amil” MMC məhkəmə prosesini davam etdiriblər. Bakı Apelyasiya Məhkəməsində hakim Mehdi Əsədovun sədrliyi ilə işə baxış keçirilib və qətnamə qismən ləğv edilib. Qətnamədən hər üç tərəf şikayət verib. 



2013-cü ildə Ali Məhkəmənin mülki kollegiyasının hakimi Ələsgər Əliyev qətnamənin ləğvi və apelyasiya instansiyasına yeni baxışa göndərilməsi barədə qərar çıxartdı. Yeni baxışda işə hakim Məmməd Məmmədovun sədrliyi ilə baxılıb. Məhkəmə prosesi gedən dövrdə ”Azərqazbank” ASC Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsinə müraciət edir və əsl problem də bundan sonra başlayır. 



Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi qeyri-yaşayış sahəsinin yüklülüyünə dair ”Azərqazbank” ASC-yə yeni çıxarış verir. Yeni çıxarışda qeyri-yaşayış sahəsi ilə yanaşı şəhərin mərkəzində yerləşən qiyməti milyonlarla manat olan boş torpaq sahəsi də çıxarışda ipoteka ilə yüklü edilir. Yəni həmin sahə faktiki olaraq bankın mülkiyyətinə verilir. 



Bu zaman “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun tələbləri ciddi şəkildə pozulur. Mülkiyyət sahibləri çağırılmır və onların mövqeyi öyrənilmir. Halbuki Şükürovlar ailəsi bankla müqavilədə ancaq qeyri-yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsinə razılıq veriblər. M.Şükürovun vəkili Kamandar Nəsibov Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə qarşı çıxarışının qanunsuz hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edir. 



Lakin məhkəmə işə baxıb yekun qərar qəbul etməmiş Bakı Apelyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədov qanunsuz verilmiş həmin yeni çıxarışı əsas tutaraq qeyri-yaşayış sahəsi və torpaq sahəsinin satılaraq “Azərqazbank”a 4 milyon dollar ödənilməsi barədə qərar çıxarır:



“Halbuki biz Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsi tərəfindən verilmiş çıxarışın qanunsuz hesab edilməsi barədə məhkəməyə müraciət etmişik. Həmin məhkəmənin qərarı olmadan bu məhkəmə qərar çıxarmamalı, işə baxılmasını dayandırmalı idi. 



Amma maraqlıdır ki, məhkəmədə “Amil” MMC-nin və “Azərqazbank” ın nümayəndələri birgə işləyirdi. İndi mənim əmlakım zorla əlimdən alınaraq əvvəlcədən düşünülmüş şəkildə Məmməd Məmmədovun köməkliyi ilə banka verilir.



Məhkəmənin qətnaməsi isə 1 ay 6 gün keçməsinə baxmayaraq, hələ də bizə təqdim edilməyib. Mənə maraqlıdır ki, Məmməd Məmmədov hansı maraqların müqabilində belə bir qanunsuz və ədalətsiz qətnamə qəbul etdi? Gələcəkdə qətnamə əldə edildikdən sonra məhkəmə tərəfindən edilmiş qanunsuzluqlar barədə vəkilim tərəfindən mətbuata daha geniş açıqlanma veriləcək”. 


Teqlər:
Bu xəbər cəmi 2040 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR