E. Rəhmonu yenidən Tacikistan prezidenti seçilməsi münasibətilə təbrik edən İ. Əliyev seçkilərdə inamlı qələbəsinin ona göstərilən yüksək etimada, yürütdüyü, ölkənin müstəqilliyinin və suverenliyinin möhkəmlənməsinə, demokratiyanın, hüquqi qaydanın və qanunçuluğun inkişafına yönəlmiş fəaliyyət xəttinin Tacikistan xalqı tərəfindən dəstəklənməsinə dəlalət etdiyini vurğulayıb: “Əminəm ki, birgə səylərimiz bundan sonra da bizim mehriban, ənənəvi dostluq münasibətlərimizin genişlənməsinə, xalqlarımızın tərəqqisi naminə ölkələrimiz arasında əməkdaşlığın və qarşılıqlı əlaqələrin dərinləşməsinə xidmət edəcək”.