20 klubun yer aldığı siyahıya ötən mövsüm bütün titulları qazanan Almaniyanın “Bavariya” klubu başçılıq edir.
Münhen təmsilçisinin bu mövsüm Bundesliqa və Çempionlar Liqasında da işləri yaxşı getdiyindən “Bavariya” zirvədəki yerini qoruyub.
“Land of Fire Azerbaijan” formalı “Atletiko” (Madrid) klubu ikinci, “Borussiya” (Dortmund) klubu isə üçüncü pillədə qərarlaşıb.
İspaniya nəhəngləri – “Barselona” 4-cü, Madrid “Real”ı isə siyahıda 8-ci olub. Burada əsas diqqət çəkən məqam “İngiltərə”nin “Mançester Yunayted” klubunun 19-cu pillədə qərarlaşmasıdır.
Mövsümün əvvəlində Ser Aleks Fergüssonun gedişi Mançester təmsilçisinin çıxışına təsirsiz ötüşməyib. Komanda hələ ki, Devid Moyesin rəhbərliyi altında istədiyi oyunu nümayiş etdirə bilmir:
1. “Bavariya” (Almaniya)
2. “Atletiko” (Madrid, İspaniya)
3. “Borussiya” (Dortmund, Almaniya)
4. “Barselona” (İspaniya)
5. “Arsenal” (İngiltərə)
6. “Roma” (İtaliya)
7. PSJ (Fransa)
8. “Real” (Madrid, İspaniya)
9. “Yuventus” (İtaliya)
10. “Napoli” (İtaliya)
11. “Mançester Siti” (İngiltərə)
12. “Monako” (Fransa)
13. “Tottenhem” (İngiltərə)
14. “Çelsi” (İngiltərə)
15. “Liverpul” (İngiltərə)
16. “Bayer” (Leverkuzen, Almaniya)
17. “Fiorentina” (İtaliya)
18. “İnter” (İtaliya)
19. “Mançester Yunayted” (İngiltərə)
20. “Porto” (Portuqaliya).