Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“ASAN səyyar xidmət” Mingəçevir və Yevlax rayonlarında vətəndaşlara xidmət göstərir

“ASAN səyyar xidmət” Mingəçevir və Yevlax rayonlarında vətəndaşlara xidmət göstərir
“ASAN xidmət”in səyyar avtobusları Mingəçevir və Yevlax rayonlarının sakinlərinə xidmət göstərməyə başlayıb.


Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN xidmət) məlumat veriblər.



Məlumata görə, 6-17 noyabr tarixlərində Mingəçevir və Yevlax  rayonlarının ümumi sayı 200 min-dən çox olan sakini “ASAN səyyar xidmət”dən yararlana biləcək.



Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.



Bu xidmətlərə aşağıdakılar daxildir:



- Notariat fəaliyyəti                                



- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi



- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi



- Sürücülük vəsiqələrinin dəyişdirilməsi



- Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi



- Əmək pensiyalarının təyin edilməsi



- Yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi



- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi.



Qeyd edək ki, “ASAN səyyar xidmət”in həyata keçirilməsinin əsas məqsədləri “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı dövlət xidmətlərinin əhaliyə daha rahat, yeni və innovativ üsullarla çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsidir.



Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün “ASAN xidmət”in zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobusları səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə davam edirlər.



İndiyədək səyyar “ASAN xidmət” çərçivəsində 18 məntəqədə 32 rayonun sakinlərinə müvafiq dövlət orqanlarının xidmətləri göstərilib. Ümumilikdə 22 məntəqədə 41 rayonun sakininə səyyar “ASAN xidmət”in göstərilməsi planlaşdırılır.


Teqlər:
Bu xəbər cəmi 1220 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR