Biləcəri lokomotiv deposunda əsaslı təmir olunmuş teplovoza baxış keçirilib.
Teplovoz bu gün istismara verilir.
Əsaslı təmir olunmuş teplovoza əvvəlkilərdən fərqli olaraq kondisioner sistemi, ön və arxa hissəsində müşahidə kamerası və soyuducu quraşdırılıb.
Daha 4 ədəd teplovoz hal-hazırda Latviyada təmirdədir.
Qeyd edək ki, 2013-cü ilin fevral-mart aylarında 5 ədəd TEM-2 seriyalı teplovoz Latviyanın “Vilnüs lokomotivlərin təmiri deposu”na əsaslı təmirə göndərilib.
“Azərbaycan Dəmir Yolları” QSC sədrinin birinci müavini Əlirza Süleymanov bildirib ki, artıq Dövlət Proqramı çərçivəsində indiyə kimi 11 lokomotiv müxtəlif ölkələrdə əsaslı təmir olunaraq istismara verilib.