Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakının əsas yolları bağlanacaq

Bakının əsas yolları bağlanacaq
Paytaxtda keçiriləcək “The Baku World Challenge 2013”-ə hazırlıqlar sürətlənib


Bakıda keçiriləcək “The Baku World Challenge 2013”-ə hazırlıq sürətlənib. Yarışın başlanğıc və bitiş nöqtələri olan Hökumət Evindən Lökbatan dairəsinə kimi təhlükəsizlik sədləri çəkilib. Yarış noyabrın 22-24 arası keçiriləcək. İki gün çəkəcək yarışa görə, Bakının Neftçilər prospekti və Bibiheybət məscidindən Lökbatan dairəsinə kimi olan yol nəqliyyatın hərəkətinə bağlanacaq.



Artıq bu yollarda hazırlıq işlərinin bir hissəsi yekunlaşmaq üzrədir. Tamaşaçıların yarışı izləməsi və onların təhlükəsizliyinin qorunması məqsədi ilə yola beton-dəmir konstruksiyadan ibarət lövhələr düzülüb.



Yarışın təşkilatçılarından “Yeni Müsavat”a verilən məlumata görə, “Baku World Challenge 2013” yarışması FİA-nın bu il üçün ən vacib tədbiri olacaq. Motor yarışları “GT3”-ün 14 beynəlxalq komandası və 30 avtomobili, həmçinin tarixi “Formula 1” yarışının 15 avtomobili ilə təşkil olunacaq. “GT3” avtomobilləri Xəzər dənizi boyunca uzanan və Milli Bayrağın ətrafında dövrə yaradan, yeni təmir olunmuş 4 km uzunluğunda yolda - yarış dairəsində düzüləcəklər.

Tədbirin əsas təşkilatçısı “Aztexnika Ltd” MMC sürücüləri daha da həyəcanlandıracaq geniş və surətli döngəli yolları texniki işləri tamamlamaq üzrədir.



Yarış sonunda təltif ediləcək hədiyyələrin dəyəri, yarış dairəsinin çətinlik səviyyəsi və “Baku World Challenge”-in çempionatda yeri bu yarışın həqiqətən xüsusi olacağını və Bakının dünya tamaşaçılarının diqqət mərkəzində olacağını göstərir.



Yarış Avropa, Avstraliya, Asiya, Amerika, Yaxın Şərq və Afrikanın idman kanallarında canlı yayımlanacaq və 175-ə qədər ölkənin kanallarında göstəriləcək.



Yerli əhalini tədbir haqqında xəbərdar etmək üçün "Baku World Challenge" noyabrın 22-si, cümə günü, həftə sonunun maraqlı keçəcəyindən xəbər verən “Şəhər paradı” keçirəcək.

"Baku World Challenge 2013" yarışması biletlər artıq şəhərin əsas kassalarında, “Kempinski Hotel Badamdar”da və “Qafqaz Baku City Hotel”də 8 manata satılır.



Qeyd edək ki, yollara düzülən təhlükəsizlik sədlərini Qaradağda yerləşən “AAC” şirkəti hazırlayır. Bu zavodun nəqliyyat naziri Ziya Məmmədova məxsus olması haqda məlumatlar var. Xəbərdə deyilir ki, zavod hündür və aşağı mərtəbəli binaların inşa olunmasında, xarici və daxili divarların hörülməsində, arakəsmələrin, örtüklərin və pilləkənlərin tikilməsində istifadə olunan beton lövhələrin istehsalı ilə məşğuldur.

Zavod Qafqaz regionunda qazobeton blokların istehsalı ilə məşğul olan yeganə müəssisədir. Şirkət paytaxtda həyata keçirilən bir çox meqa layihələrin icrasında iştirak edib. Şirkətin istehsal etdiyi “Gobustane” adlı müasir daş üzlüklərindən “Quba Rixos” hotelinin, “28 Mall” ticarət mərkəzinin, “Port Baku” yaşayış kompleksinin tikintisi zamanı istifadə olunub. “AAC” MMC-nin baş direktoru nəqliyyat naziri Ziya Məmmədova yaxınlığı ilə tanınan Teymur Abdurəhimovdur.


Teqlər:
Bu xəbər cəmi 1945 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR