Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, noyabrın 8-də isə Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 10-13, günün birinci yarısında 20-25 dərəcə isti, axşama doğru 12-14 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında noyabrın 8-də bəzi yerlərdə duman və çiskin müşahidə ediləcək. Lakin günün ikinci yarısında qərb rayonlarından başlayaraq yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 7-13, gündüz 17-22, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacağı ehtimalı var.