Bu barədə parlamentin 6 komitəsinin 2014-cü il dövlət büdcəsi paketinin müzakirəsi üzrə birgə iclasında Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.
Onun sözlərinə görə, bu, 2013-cü ilin dövlət büdcəsinə edilən transfertlərdən 17,7% azdır. S.Şərifov qeyd edib ki, Azərbaycan dövlət büdcəsinin 2014-cü ilə olan gəlirləri 18,384 mlrd. manat, xərcləri isə 20,063 mlrd. manat səviyyəsində proqnozlaşdırılır.
Onun sözlərinə görə, 2014-cü il dövlət büdcəsi xərcləri strukturunda cari xərclər 10,888 mlrd. manat, kapital xərcləri 8,401 mlrd. manat təşkil edir, daxili və xarici borcların ödənilməsi üçün 781 manat sərf olunacaq.
Büdcə defsiti 1,679 mlrd. manat və ya ÜDM-nın 20,87%-ni təşkil edəcək. Nazir həmçinin məlumat verib ki, 2014-cü ilin dövlət büdcəsi elmə 12,5%, səhiyyəyə 8,4%, təhsilə 8%, müdafiəyə 7% və digər sahələrə sərf olunacaq xərclərin artırılmasını nəzərdə tutur.