Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Online fikir bankı” yaradılır

“Online fikir bankı” yaradılır


Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi (GİN) gənclər üçün yeni və unikal bir layihəyə başlayır.



“Online fikir bankı” adlanan layihənin əsas məqsədi ölkənin inkişafı yönümündə gənclər tərəfindən irəli sürülən fikir və ideyaları bir yerə toplamaq, gənclərin ölkə daxilində daha da inkişaf etdirmək istədikləri sahələri müəyyənləşdirmək, onların fikir və ideyalarını düzgün istiqamətləndirərək mümkün inkişaflarına zəmin yaratmaq, yeni, innovativ fikir və ideyalara malik gəncləri və bu fikir və ideyaların axtarışında olan potensial investorları (dövlət, beynəlxalq təşkilatlar və özəl) bir araya gətirmək, ölkəmizdə gənclərin fəallığının artırılmasına, onların cəmiyyətdə mövqelərinin möhkəmlənməsinə zəmin yaratmaqdan ibarətdir.



Nazirlikdən bildirilib ki, “Online fikir bankı” layihəsi 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi çərçivəsində “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”na müvafiq olaraq həyata keçirilir. Dövlət Proqramının 6.3.8 - “Azərbaycanın “online fikir bankı”nın yaradılması” bəndinin icrası məqsədilə artıq Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə “www.fikirbanki.az” saytı yaradılıb və istifadəçilərə təqdim edilib:



“Bu bənd informasiya texnologiyaları vasitəsilə gənclər arasında innovativ düşüncənin təşviq edilməsi məqsədini daşıyır. Gənclərin irəli sürdükləri fikir və ideyalar açıq istifadə üçün saytda yerləşdiriləcək. Bu təkliflərdən bütün cəmiyyət, o cümlədən dövlət, beynəlxalq və özəl təşkilatlar faydalana biləcəklər. Bu da öz növbəsində həm gənclərin, həm də bütün cəmiyyətin həyat keyfiyyətinin daha da artırılmasına səbəb olacaq”. Veb-saytda “Ayın qalibi” adlı xüsusi bölmə yaradılıb və qaliblər Gənclər və İdman Nazirliyinin və tərəfdaş təşkilatların diplomları və qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar:



“Azərbaycan gəncliyinin vətənpərvər, istedadlı və innovativ düşüncəyə malik olduğunu nəzərə alaraq, ekspertlərin rəylərinə əsasən, belə bir layihə günün tələblərinə tam uyğundur və uğurla nəticələnəcək.



“Online fikir bankı” layihəsi gənclərin müzakirələr aparmaları üçün əlverişli platforma rolunu oynayacaq və cəmiyyətdə gənclərin mövqelərinin möhkəmlənməsinə şərait yaradacaq”.



Qeyd edək ki, “Hər şey ideyadan başlayır” devizi altında fəaliyyət göstərən fikir bankına – veb-sayta 14 yaşından başlayaraq Azərbaycan Respublikasının vətəndaşı olan yeniyetmə və gənclər öz fikir və ideyalarını göndərə bilər. İstifadəçilər tərəfindən göndərilən fikir və ideyalar təmənnasız xarakter daşıyır.



Başqa sözlə, istifadəçilər öz fikir və ideyaları ilə təmənnasız olaraq bölüşürlər. Veb-sayt sosial xidmətlər, iqtisadiyyat, təhsil, milli mədəni irs, turizm, mədəniyyət, əyləncə, nəqliyyat, media, rabitə və telekommunikasiya, tibb və sağlamlıq, ətraf mühit kimi kateqoriyalar üzrə fikir və ideyaları qəbul edir. “www.fikirbanki.az” veb-saytında yalnız qeydiyyatdan keçən gənclər öz fikir və ideyaları ilə bölüşə, sosial şəbəkələrdə qeydiyyatdan keçmiş istifadəçilər isə istənilən fikir və ideyaya münasibətlərini bildirə bilərlər. İstənilən kateqoriyadan birini əhatə edən fikir və ideyalar “www.fikirbanki.az” veb-saytı vasitəsilə, müvafiq formanı dolduraraq və ya “DOC”, “PPT”, “PDF”, “AVİ” sənəd formasında (DOC və PDF sənəd - A4, 12 şrift, ARİAL, 2-4 səhifə, PPT sənəd – 6-20 slayd) qəbul edilir.



Veb-sayta göndərilən fikir və ideya ilk növbədə xüsusi Ekspert Şurası tərəfindən nəzərdən keçirilir və öz təsdiqini tapdıqdan sonra saytın müvafiq səhifəsində yerləşdirilir. Sayta daxil edilən fikir və ideya Ekspert Şurası tərəfindən 1-6 gün ərzində yoxlanıla bilər. Ekspert Şurası tərəfindən qəbul edilməyən və bununla əlaqədar olaraq veb-saytda yerləşdirilməyən fikir və ideyanın qəbul olunmaması səbəbləri müəllifə açıqlanmaya bilər.(ictnews.az)


Teqlər:
Bu xəbər cəmi 1585 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR