Bu barədə məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib.
Məlumata görə, səhər bəzi yerlərdə duman olacağı, axşam buludluluğun artacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 10-14, gündüz 18-23 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında noyabrın 7-də əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı proqnozlaşdırılır. Zəif şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.