Həftənin ilk iş günü havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 4-də dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Abşeronda temperatur gecə 10-13, gündüz 17-21 dərəcə isti, Bakıda gecə 11-13, gündüz 19-21 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 764 millimetr civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında noyabrın 4-də əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.
Havanın temperaturunun gecə 1-6, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.