Biznesin optimallaşdırılması üzrə növbəti “qurban” kifayət qədər populyar “iGoogle” xidməti olub.
“ICTnews” bildirir ki, “iGoogle” xidməti 2005-ci ildə istifadəyə verilib. Bu xidmətin köməyilə istifadəçilər onlar üçün ən maraqlı xəbərlərin məlumatından ibarət fərdiləşdirilmiş səhifələr yarada, ora elektron poçt xidmətindən bildirişləri, təqvim və başqa xidmətləri yerləşdirə, informasiya vidcetlərindən istifadə edə bilərdilər.
Şirkət “iGoogle” xidmətinin fəaliyyətini dayandırmasını onunla əsaslandırır ki, müasir texnologiyalar, mobil qurğular, mobil tətbiqlər, müxtəlif xidmətlər informasiya qəbulunun operativ üsullarını təklif edir.
“Chrome” və ya “Android” kimi yeni tətbiq və platformaların inkişafı ilə əlaqədar “iGoogle” xidməti öz aktuallığını itirib. Buna görə 2013-cü il noyabrın 1-də öz işini tamamilə dayandırıb.
Qeyd etmək lazımdır ki, “Google” hələ ötən il xidmətin dayandırılacağı haqqında istifadəçilərə xəbərdarlıq etməyə başlayıb.