Qəza hadisəsi Bakı-Qazax magistral yolunun 130-cu kilometrliyində Hacıqabul rayonunun Muğan kəndi ərazisində qeydə alınıb.
Belə ki, Goranboy rayonunun Dəliməmmədli kənd sakini, 27 yşlı Emin Arif oğlu Ağayevin idarə etdiyi «Qazel» markalı yük maşını ilə Şəmkir sakini, 30 yaşlı Elçin Qəmbər oğlu İsmayılovun idarə etdiyi «Mersedes» markalı avtomobil toqquşub.
Qəza zamanı hər iki maşın yararsız vəziyyətə düşməklə yanaşı sürücülər və “Qazel”də olan 2 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar dərhal Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılıb. “Mersdes”in sürücüsü Elçin İsmayılovun vəziyəti ağır olduğundan reanimasiya şöbəsində keçinib.
“Qazel”in sürücüsü və onun qardaşı Ənvər Arif oğlu Ağayev, Ucar rayonunun Müsüslü kənd sakini, 21 yaşlı Orxan Afiq oğlu Həmidov isə xəstəxanada ilk tibbi yardım aldıqdan sonra travmatologiya şöbəsində yerləşdirilib.
Faktla bağlı BDYPİ-nin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.