Sosial şəbəkələrlə bağlı reytinq cədvəli tərtib edilib.
Cədvəldə ən çox istifadəçisi olan şəbəkələrin ilk üçlüyündə “Facebook”, “Youtube” və “Qzone” yer alıb.
"Facebook" 1 milyard 155 milyon aylıq fəal istifadəçisi ilə siyahıda birinci, “Youtube” video portalı 1 milyard istifadəçisi ikinci yerdə qərarlaşıb.
Çinin ən böyük sosial şəbəkəsi olan "Qzone" isə üçüncüdür. Bu şəbəkədə 712 milyon aktiv istifadəçi var. Qeyd edək ki, bu rəqəm yalnız çinlilərin sosial şəbəkəyə girişidir.
Sonrakı yerlərdə isə "Sina Weibo" (aylıq istifadəçi sayı 500 milyon), "Whatsapp" (aylıq istifadəçi sayı 350 milyon), "Google+" (aylıq istifadəçi sayı 327 milyon), "Tumblr" (aylıq istifadəçi sayı 300 milyon), "LINE" (aylıq istifadəçi sayı 275 milyon), "Twitter" (aylıq istifadəçi sayı 240 milyon) və "WeChat" (aylıq istifadəçi sayı 236 milyon) şəbəkələri qərarlaşıb.