Müdafiə Nazirinin qətlə yetirimiş sabiq müavini HHQ və HHM qoşunlarının komandanı general-leytenant Rail Rzayevin qardaşı polkovnik-leytenant Rəfail Rzayev Müdafiə nazirliyində rəis vəzifəsinə təyinat alıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov özünün facebook səhifəsində məlumat verib. O bildirib ki, Nəcməddin Sadıkovun təklifi ilə yeni müdafiə naziri Zakir Həsənov onu MN-nin Hərbi daşınmalar şöbəsinə (VOSO) rəis vəzifəsinə təyin edib:
Xatırladaq ki, Rail Rzayev qətlə yetirilən günün səhərisi Rəfail Rzayev o vaxtkı Şamaxı Rayon Hərbi komissarı vəzifəsindən azad edilərək ordudan tərxis edilmişdi”.