Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İşdən çıxarılan general danışdı

İşdən çıxarılan general danışdı


Bu yaxınlarda yeni müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə istefaya göndərilən Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının rəisi, general-mayor Məmməd Beydullayev tutduğu vəzifədən azad olunmasına münasibət bildirib. General-mayor M.Beydullayev Publika.Az-a eksklüziv açıqlamasında hazırda məzuniyyətdə olduğunu söyləyib. O deyib: “Bir ay yarımlıq məzuniyyət götürmüşəm. Hələ mənə heç bir söz də deyilməyib, ancaq sərəncama çıxarılmışam. Gələcək taleyimi özüm də bilmirəm”. Yeni müdafiə nazirinin kadr islahatlarına da toxunan M.Beydullayev bildirib ki, indi bunu zaman göstərəcək: “Mən bu barədə hələ heç bir söz deyə bilmərəm. Aydın məsələdir ki, yeni nazir təyin olunursa, yeni komanda da gəlməlidir, yeni baxış olmalıdır və sairə. Yeni kadr islahatlarını mən bu cür başa düşürəm. İndi kimi istifadə edəcəklər və ya kimi istifadə etmyəcəklərsə, bu qərarı yeni nazir özü verəcək. Hazırda mənim 60-dan çox yaşım var. Yəni, mənim təxris olunmaq vaxtım da çatıb. Qanunla mən 58 yaşımda ordudan təxris olunmalı idim, amma  indi 61 yaşımın olmasına çox az qalır, ancaq ordudayam. Düşünürəm ki, bu barədə danışmaq hələ tezdir. Mən heç vaxt da narazı ola bilmərəm. Mən əmrə tabe olan adamam, mən hərbçiyəm. Mənə əmr verilirsə ki, sən filan vəzifədə işləməlisən, o zaman mən işləyirəm. İndi mənə əmr verildi ki, sən sərəncamdasan. Mən də sərəncamdayam. Dedilər ki, sən təxris olunacaqsan, indi mən təxris olmağa hazıram. Mən hərbçiyəm, məni belə öyrədiblər. Bir daha öz mövqeyimi bildirəm ki, yeni kadr islahatlarından  heç vaxt narazı ola bilmərəm”.



Baş İnspeksiyasının rəisi sabiq rəisi M.Beydullayev yeni müdafiə naziri ilə münasibətləri məsələsinə də aydınlıq gətirib: “Mən yeni naziri demək olar ki, tanımıram. Onun barəsində ancaq eşitmişəm. Bizim heç bir tanışlığımız olmayıb”.



Xatırladaq ki, ordu quruculuğunda böyük xidmətləri olmuş Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının rəisi, general-mayor Məmməd Beydullayev bu yaxınlarda yeni müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə tutduğu vəzifədən kənarlaşdırılıb. Müdafiə naziri onun yerinə Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Fəxrəddin Cəbrəyılovu təyin edib.


Teqlər:
Bu xəbər cəmi 1580 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR