Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İl ərzində nə qədər balıq əti yeyilməlidir?

İl ərzində nə qədər balıq əti yeyilməlidir?
Fizioloji normaya əsasən orta yaşlı insan ildə azı 18 kq balıq istehlak etməlidir.


Tərkibində zülal, yağ, mineralllar, vitaminlər, eləcə də digər faydalı maddələr olan balıq və balıq məhsullarının insanların sağlam qidalanmasında xüsusi əhəmiyyəti var. Azərbaycanın zəngin balıq ehtiyyatı olsa da, ölkəmizdə bu məhsullar az istehlak olunur. Mütəxəssislər hesab edir ki, ölkəmizdə balık məhsullarında zəhərlənmə hallarına çox rast gəlindiyindən, balıqların satışında, saxlanılmasında gigienik qaydalara əməl olunmadığından, bəzi hallarda isə köhnəlmiş məhsullar satıldığından insanlar balıq almağa ehtiyat edir.







Ekspert Eyyub Hüseynovun sözlərinə görə, bazarların 90 faizi anti-sanitar vəziyyətdədir, mükəmməl satış bazası yoxdur: "İnsanlar balıq təhlükəli mal olduğu üçün, etibar edib almırlar. Almadıqları üçün tələbat yaranmır, ona görə də təklif meydana çıxmır. Yəni balık sənayesi inkişaf etmir". Qeyd edək ki, il ərzində adam başına Avropa Birliyi ölkələrində 25, Yaponiyada 80, Türkiyədə 10 kiloqram balık istehlak olunduğu halda bu rəqəm ölkəmizdə 7 kiloqramdan da azdır.







Mütəxəssislər hesab edir ki, ölkəmizdə balıq məhsullarına təlabatın az olmasının digər bir səbəbi sadalanan ölkələrə nisbətdə qiymətlərin baha olmasıdır. Eyyub Hüseynov deyir ki, balığın qiyməti bahadı, qonşu ölkələrə baxanda da bahadı: "Fransa kimi ölkədə kiloqramı 24 manatdan yuxarı balıq görmədim, hansı ki bizdə ağ balıq 40 manata yaxınlaşıbdı artıq qiyməti. Qiymət məsələsi bir də balıqçılıq mədəniyyəti çox zəifdir".







İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidmətinin şöbə müdiri Zahid Şərifov deyir ki, bəzi hallarda köhnəlmiş balıq məhsullarının satışına rast gəlinir. Ona görə də vətəndaşlar balıq alarkən daha diqqətli olmalıdır. Şöbə müdiri Zahid Şərifov bildirir ki, qidaya yararlı balığın rəngi şəffaf, pulcuqları hamar olur, dərisi ətinə bərk yapışmış halda olur.







Qəlsəmələrinin rəngi tünd qırmızı və parlaq olur. Üstü az miqdarda şəffaf seliklə örtülü olmalıdır. Qeyd edək ki, minimum istehlak səbətində də hər bir insanın il ərzində ən azı 5 kiloqram balıq və balıq məhsulları ilə qidalanmasının zəruri olduğu göstərilib.


Teqlər:
Bu xəbər cəmi 1095 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR