“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı Fransada keçirilən səkkizinci UNESKO Gənclər Forumunda iştirak edib.
Bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib.
29 oktyabr tarixndə Parisdə işə başlayan Forumda dünyanın 195 ölkəsindən 500-dən artıq nümayəndə iştirak edib.
Tədbirin açılışında UNESKO –nun baş direktoru İrina Bokova, İSESKO-nun baş direktoru və BMT baş katibinin gənclər üzrə xüsusi nümayəndəsi Əhməd Alihandai çıxış edib. Forum iştirakçıları plenar iclaslarda gənclər siyasətinin formaşdırılmasında gənclərin rolu, keçid dövründə bacarıqların inkişafı, demokratik iştirakçılıq, gənclər və sosial inteqrasiya, vətəndaş nigahı, dialoq bacarıqlarının inkişafı mövzusunda müzakirələrdə iştirak ediblər. Parisdə keçirilmiş tədbirdə “Böyük İpək Yolu” Beynəlxaq Gənclər İttifaqını Nigar İsmayılova təmsil edib.
“Böyük İpək Yolu” BGT 2012-ci ildə tarixi ipək yolu üzərində yerləşmiş 25 ölkənin gəncləri tərəfindən Bakıda təsis edilib.