“İKT Akademiyası” adlı layihənin məqsədi Assosiasiyanın himayəsində olan yeniyetmələrin buranı tərk etdikdən sonra iş tapmaq imkanlarını genişləndirməkdir.
Akademiyada kompüter kursları, mühasibatlıq, iş müsahibəsi bacarıqları, CV tərtibatı və mobil telekommunikasiya sahəsilə ilə bilavasitə bağlı kurslar təşkil olunur.
Layihədə Bakı və Gəncə Uşaq Kəndlərində və SOS Gənclər evində himayə olunan yeniyetmələrlə yanaşı, valideyn himayəsindən məhrumolma riski ilə üzləşmiş ailələrin uşaqları da iştirak edir.
Əmək bazarında tələb olunan və müasir texnologiyalarla sıx bağlı olan bu sahələri mənimsəyəcək yeniyetmələr zəruri biliklərə sahib olmaqla gələcəkdə daha asanlıqla iş tapa biləcəklər.
“Azərbaycan iqtisadiyyatının ən böyük investorlarından biri olan “Bakcell”in KSM proqramı da ölkədəki ən böyük KSM proqramlarından biridir. Əvvələr daha çox qayğıya ehtiyacı olan uşaqlar üzərində cəmləşən “Bakcell Stars” layihəsi son iki il ərzində öz mandatını genişləndirərək gənclərin telekommunikasiya sahəsinə gəlişini də dəstəkləyir. Biz artıq bu sahədə bir neçə uğurlu layihə həyata keçirmişik. SOS isə bizim uzunmüddətli tərəfdaşlarımızdan biridir. “İKT Akademiyası”nda iştirak edən yeniyetmələrin əksəriyyəti bundan əvvəlki illərdə “Bakcell”in Assosiasiya birlikdə həyata keçirdiyi layihələrin benefisiarlarıdır. Əvvəlki birgə layihələrimiz daha çox buradakı uşaqların cəmiyyətə inteqrasiyasına yönəlmişdisə, “İKT Akademiyası” artıq yeniyetməlik çağında olan SOS sakinlərinin buranı tərk etdikdən sonra iş tapmaq imkanlarının artırılmasına yönəlib”, deyə “Bakcell”in baş icraçı direktoru Riçard Şirer bildirib.
“İKT Akademiaysı” Bakı Uşaq Kəndində yerləşir və Bakcell şirkəti tərəfindən lazımi avadanlıqla təmin olunub.
Qeyd edək ki, “SOS”la Bakcell şirkəti arasında əməkdaşlıq 2009-cu ildən başlayıb. “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində indiyə kimi 3 birgə layihə həyata keçirilib.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 1000-dən artıq 3G stansiyaları sayəsində “Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur.