Həmçinin heç vaxt qaz çəkilməyən kəndlərdə əhali qazdan istifadə qaydaları ilə bağlı təlimatlandırılır.
İdarə rəisinin sözlərinə görə, cari ilin 9 ayında qurumun əməkdaşları tərəfindən 3155 obyektdə yanğın-texniki müayinələr keçirilib. İdarənin xidməti ərazisində - Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı, Lerik rayonları üzrə 422 ictimai yaşayış binasının 240-da yanğına qarşı yoxlamalar aparılıb və 2747 mənzil sakinləri yanğın təhlükəsizliyi ilə bağlı təlimatlandırılıb və bu işlər davam etdirilir.
Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin xidməti ərazisində 2013-cü ilin 9 ayı ərzində 112 obyektdə yanğın xəbərverici siqnalizasiya qurğusu quraşdırılaraq, obyektlər 263 ədəd yanğınsöndürən balonla təmin edilib.
Əşrəf Rəfiyev onu da əlavə etdi ki, həmçinin 1576 obyekt yanğından icbari qaydada sığortalanıb.