Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 9-12, gündüz 15-19 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman, şərq rayonlarında çiskinli olacağı, axşam isə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək,arabir güclənəcək Havanın temperaturunun gecə 6-11, gündüz 16-21, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza əsasən , yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.