Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Gömrük rəisi işdən niyə çıxarıldı?

Gömrük rəisi işdən niyə çıxarıldı?
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin müvafiq əmri ilə vəzifəsindən uzaqlaşdırılan Sumqayıt Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Ehtiram Xəlilov yeni təyinat alıb.


 



Mia.az -ın xəbərinə görə, gömrük xidməti general-mayoru Ehtiram Xəlilov əslən Göyçay rayonundandır. Aydın Əliyevin onu işdən çıxarması ilə yenidən iş verməsinin arasının bir gün belə çəkməməsinin isə ciddi səbəbləri olub. General Xəlilovun fövqəladə hallar naziri Kəmaləddin Heydərovla isti münasibətlərdə olmasının bu yeni təyinatında əsas rol oynadığı bildirilir: “Ehtiram Xəlilov nazirlə yanaşı, ölkədə böyük nüfuz sahibi olan başqa bir generalla da ciddi dostluğa sahibdir. Görünür, Aydın Əliyev bunları nəzərə almalı olub”.



Aldığımız ciddi məlumata görə, komitədə digər kadr dəyişiklikləri də olub. Bir sıra idarə rəislərinin yerləri dəyişdirilib, işdən çıxarılan xeyli vəzifəli gömrükçülərin də olduğu bildirilir. Onların arasında bir generalın da olduğu deyilir. 



Axar.az saytının məlumata görə, Ehtiram Xəlilovun yerinə Tovuz rayon Gömrük Komitəsinin rəhbəri Vəzir Həsənov gətirilib.



Sumqayıt Baş Gömrük İdarəsi gömrük sistemində əsas korrupsiya ocaqlarından biridir. Ölkəyə gətirilən mallar əsasən burada gömrük sənədləşməsindən keçərək bazara daxil olur. Hətta Astara, Qazax və Biləsuvar gömrük sərhədlərindən daxil olan mallar da burada sənədləşdirilir. Ona görə də Sumqayıt Baş Gömrük İdarəsi əhəmiyyətinə görə siyasi post sayılır və buranın rəisi siyasi hakimiyyətlə razılaşdırılır. Ona görə də ehtimal etmək olar ki, gömrük komitəsində “daxili qaydalar” dəyişdirilir.



“Yeni Müsavat”a daxil olan məlumatlara görə, bu günlərdə Qırmızı Körpüdə gömrük-keçid məntəqəsinin rəisi də işdən çıxarılıb, onun yerinə Kənan adlı bir şəxs təyin edilib. 



Gömrük sistemində baş verən kadr dəyişikliklərinin Gömrük Komitəsində söz sahiblərindən olan Nehrəm qruplaşmasının diktəsi ilə həyata keçirildiyi barədə məlumatlar var. Qırmızı Körpü gömrük-keçid məntəqəsinin yeni rəisi Kənan da Nehrəm əsillidir.


Teqlər:
Bu xəbər cəmi 1275 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR