Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Toto Kutunyo, Al Bano və San-Remo festivalının digər ulduzları Bakıda konsert verəcəklər

Toto Kutunyo, Al Bano və San-Remo festivalının digər ulduzları Bakıda konsert verəcəklər
Dekabrın 18-də “Baku Crystal Hall”-da ötən illərin İtaliya estradasının onlarla əfsanəvi ifaçılarının iştirakı ilə “San-Remo festivalının ulduzları Bakıda” adlı konsert keçiriləcək.


XX əsrin 80-ci illərində San-Remo şəhərində keçirilən İtaliya mahnıları festivalı milyonlarla sovet tamaşaçısının ürəyini fəth etdi. Məhz bundan sonra bu konsert məşhur və sevimli festivala çevrildi. Festival iştirakçıları və onun qalibləri ani olaraq təkcə öz vətənləri olan İtaliyada və Avropada deyil, həm də Sovet İttifaqında məşhurlaşdılar.



Əgər siz romantik 80-ci illər üçün darıxırsınızsa, əgər dəlisov gəncliyiniz bu illərlə bağlıdırsa, o zaman çoxdan gözlənilən konsertlərdən biri olan “San-Remo festivalı ulduzları Bakıda” konsertini qarşılamağa tələsin. Konsertdə San-Remo - İtaliya mahnıları festivalının iştirakçıları və qalibləri çıxış edəcəklər.



Konsert təşkilatçıları sizə həmin məşhur dövrün çoxdan sevilən hitlərini dinləməklə yanaşı, həm də öz kumirlərinizi görmək imkanı verəcək. Səhnədən 80-ci illərin coşqun gənclərini yerindən oynadan həmin şlyagerlər yenidən səsləndiriləcək.



Konserti həqiqətən unikal adlandırmaq olar. Çünki burada İtaliya estradasının bütün superulduzları çıxış edəcəklər: Al Bano, Toto Kutunyo, Pupo, “Matia Bazar”, Rikkardo Foli, “Rikki e Poveri”, Toni Espozito, Umberto Totsi, Mariya Fiordalizo və İvan Spaqn...



Konsertin təşkilatçıları eyni zamanda çoxlu sürprizlər də hazırlayıblar. Məsələn, onlar şounun aparıcısının adını açıqlamayıblar. “San-Remo festivalı ulduzları Bakıda” konserti və biletlərin satışa çıxma tarixi barədə yaxın vaxtlarda məlumat verəcəyik.


Teqlər:
Bu xəbər cəmi 3220 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR