Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Mobil cihazlar barədə SMS vasitəsilə də məlumat veriləcək

Mobil cihazlar barədə SMS vasitəsilə də məlumat veriləcək
Mobil cihazların “IMEI” kodları vasitəsilə onlar barəsində məlumatların əldə edilməsi prosesində yeni xidmət yaradılıb.


Bu yeni xidmət SMS xidmətidir.



Belə ki, mobil telefon istifadəçiləri mobil cihazlar barəsində olan məlumatları SMS vasitəsilə də əldə edə biləcəklər.



Abunəçi mobil cihazın “IMEI” kodunu 1677 qısa nömrəsinə göndərməklə məlumat ala bilər.



Bura təkcə abunəçinin istifadə etdiyi mobil cihazın “IMEI” kodunu deyil, digər mobil cihazların “IMEI” kodunu da göndərmək və informasiya toplamaq daxildir.



Məsələn, yeni mobil telefon alarkən onun  qəbul olunmuş beynəlxalq standartlar çərçivəsində istehsal edilib-edilmədiyini öyrənmək və ya həmin cihazın “IMEI” kodunun qeydiyyatdan keçdiyini, ölkəyə qaçaqmalçılıqla gətirilmədiyini, oğurluq olmadığını öyrənmək mümkündür.



Bu zaman Azərbaycanın istənilən məkanından 1677 qısa nömrəsinə həmin mobil cihazın “IMEI”  kodunu SMS-lə göndərməklə onu maraqlandıran suallara cavab tapmaq olar. Bu xidmətdən bütün mobil operatorların abonentləri istifadə edə bilər.

 

Xidmət pulludur və onun qiyməti cəmi 30 qəpikdir.



İstifadəçilər mobil telefonlarında “*#06#” yığmaqla “IMEI” kodu öyrənə bilərlər. Belə ki, sözügedən kod  yığıldıqdan dərhal sonra avtomatik olaraq ekranda “IMEI” kod açılır.



Qeyd edək ki, bu vaxta qədər mobil cihazların “IMEI” kodları barəsində informasiyanı yalnız internet vasitəsilə əldə etmək mümkün idi.

 

Azərbaycan vətəndaşları beynəlxalq şəbəkədə “www.imei.az” saytına daxil olaraq istifadə etdikləri cihazlarının “IMEI” kodlarının statusları barəsində ətraflı məlumat götürə bilirdilər.


Teqlər:
Bu xəbər cəmi 920 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR