Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Məleykə Abbaszadə postunu itirə bilər

Məleykə Abbaszadə postunu itirə bilər
TQDK-nın Təhsil Nazirliyinə birləşdirilməsi variantı nəzərdən keçirilir; Nazirlər Kabinetinə daxil olan 7 qurumun bəzilərinin başqa qurumlara birləşdirilməsi və rəhbərlərinin yeniləri ilə əvəzlənməsi variantlarına baxılır


Oktyabrın 22-də prezident Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalasa da, Nazirlər Kabineti hələ tam tərkibdə formalaşdırılmayıb. Dövlət başçısı Nazirlər Kabinetinin tərkibindəki yalnız 43 yerə təyinat gerçəkləşdirib, eyni zamanda bu sərəncamla daha bir yer də - Dövlət Sosial Müdafiə Fondunun sədri postu da boş qalıb.



Deməli, yaxın günlərdə dövlət başçısının Nazirlər Kabinetinin tərkibi ilə bağlı yeni sərəncamları olacaq. Hazırda Nazirlər Kabinetinin tərkibində daha 6 yer boşdur, başqa sözlə, həmin vəzifələrin səlahiyyətlərini köhnə məmurlar icra edirlər. Vakansiyalar aşağıdakılardır:



1. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri vəzifəsi - (sabiq sədr Məleykə Abbaszadə icra edir);



2. Dövlət Sosial Müdafiə Fondu vəzifəsi - boşdur; 



3. Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsi - (sabiq sədr Kamran İmanov icra edir);



4. Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri vəzifəsi - (sabiq sədri Bəhram Xəlilov icra edir);



5. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsi - (sabiq sədr İnam Kərimov icra edir);



6. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri vəzifəsi (sabiq sədr Akim Bədəlov icra edir);



7. Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru vəzifəsi - (sabiq sədr İsgəndər Çəndirli icra edir).



Hakimiyyətə yaxın mənbələrdən “Yeni Müsavat”a verilən məlumata görə, bu postlara təyinatların yubanmasının müxtəlif səbəbləri var. Hazırda bu qurumlardan bəzilərinin başqa qurumlara birləşdirilməsi və ya da sabiq rəhbərlərin yeniləri ilə əvəzlənməsi ilə bağlı variantlara baxılır. Məsələn, Dövlət Sosial Müdafiə Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Təhsil Nazirliyinə birləşdirilməsi variantları nəzərdən keçirilir. Yeri gəlmişkən, pensiyaların paylanması 2003-cü ilə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kurasiyasında olub. 2003-cü ildə bu funksiya Sosial Müdafiə Fonduna verildi. O vaxta qədər isə fond yalnız məcburi sığorta haqlarının yığılması ilə məşğul olurdu. İndi isə bu məsələ ilə bağlı bütün funksiyaların bir əldə - Səlim Müslimovun rəhbərlik etdiyi nazirlikdə cəmlənməsi müzakirə edilir. Bu ideyanın reallaşma şansı yüksək qiymətləndirilir. Çünki S.Müslimov prezidentin şəxsən etimad göstərdiyi nazirlərdən biridir. 



TQDK-nın Təhsil Nazirliyinə birləşdirilməsinə də ideya olaraq baxılır. Siyasi hakimiyyət TQDK - Təhsil Nazirliyi qarşıdurmasından bezib. Misir Mərdanovun işdən çıxarılmasından sonra da münasibətlər normalaşmayıb. Ona görə də bu qurumların birləşdirilməsi məsələsi gündəmə gəlib. Ancaq bu ideyanın reallaşma faizi yüksək deyil. Çünki TQDK Təhsil Nazirliyinə birləşərsə, təhsilin keyfiyyətinin daha da aşağı düşəcəyi ilə bağlı narahatlıqlar var. Nazirlik həm tələbə qəbuluna, həm də təhsilə cavabdeh olsa, onda məsuliyyət hissi azalacaq ki, bu, orta məktəblərdə tədrisin vəziyyətinin daha da pisləşməsinə səbəb olacaq. Ona görə də bu variantın reallaşma şansı yüksək deyil. Başqa bir varianta görə isə TQDK-ya yeni şəxsin rəhbərlik etməsi nəzərdən keçirilir ki, ənənəvi münaqişələr səngisin. Ona görə də güman etmək olar ki, TQDK-ya 19 il rəhbərlik edən Məleykə Abbaszadə (1994-2000-ci illərdə TQDK sədrin əvəz edib, 2000-ci ildən isə qurumun rəhbəridir) postunu itirməli olacaq. Yaxın günlərdə hansı variantın seçiləcəyi aydınlaşacaq.



Təsdiqlənməyən bəzi qurum rəhbərlərinin dəyişdirilməsi də müzakirə edilir. Daha çox Satınalmalar üzrə Dövlət Agentliyinin həm statusunun, həm də rəhbərinin yenilənməsi gündəmdədir. Dövlət sifarişləri üzrə tenderlərin keçirilməsinə və təşkilinə cavabdeh olan agentlik “ölü doğulmuş uşaq” vəziyyətindədir. Tender qapalı şəraitdə keçirilir, bir çox hallarda tender qanunvericiliyinin ən elementar şərtləri belə nəzərə alınmır. Məsələn, qanunvericiliyə görə, tenderdə uyğun sahədə ən azı 5 illik təcrübəsi olan şirkətlər iştirak etməlidir. Ancaq bir çox hallarda cəmi 2-3 ay öncə yaradılmış şirkətlər tenderə qatılır və “qalib gəlir”. Bu sahədə qayda-qanun yaratmaq üçün qurumun statusunun və rəhbərinin dəyişdirilməsi gündəmdədir. Bundan başqa, qurumun indiki rəhbəri İsgəndər Çəndirli Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin bacısı oğludur. Bəzi məlumatlara görə, siyasi hakimiyyətin ona münasibəti neqativ istiqamətə dəyişib. Bu amil də Satınalmalar üzrə Dövlət Agentliyinin rəhbərinin dəyişdirilməsini zəruri edir. Bu məsələlərlə bağlı yekun qərarlar çox yaxın günlərdə qəbul ediləcək.  /musavat.com/


Teqlər:
Bu xəbər cəmi 1595 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR