Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İki jurnalist həkimlərdən şikayətçidi

İki jurnalist həkimlərdən şikayətçidi


Son dövrdə iki jurnalistin ailəsində itki yaşanıb. Onlardan biri jurnalist Anar Nİftəliyevin xanımı, Slavyan Universitetinin “Yaradıcılıq” fakültəsinin dekanı, tənqidçi Elnarə Tofiqqızı, digəri telejurnalist Afət Telmanqızının qardaşı Anar Cəfərovun həyat yoldaşı Pərvinə Hüseynovanın ölümüdür. Hər iki halda ailələr həkim səhlənkarlığını əsas gətirir.



“Medi Sina” klinikasında əməliyyat zamanı dünyasını dəyişmiş xanımıyla bağlı cinayət işinin davam etdiyini deyən Anar Niftəliyev modern.az-a bildirdi ki, ekspertiza nəticələri Nəsimi rayon Prokurorluğuna təqdim olunub.



“Tibbi Komissiya hansı həkimin hansı dərəcədə yanlışlığa yol verdiyini müəyyənləşdirəçək. İlkin məlumatlara görə, bir ay müddətində ekspertizanın nəticələri açıqlanacaq. Amma mən səhiyyə naziri ilə görüşməyi düşünürəm. İndi qırx mərasimi olduğundan başım çox qarışıqdır. Amma səhiyyə naziri ilə görüşümdə bir çox məsələləri onun diqqətinə çatdıracağam. Həkim məsuliyyətsizliyini və buna görə də ölüm hallarının çoxaldığını bildirəcəyəm. Çünki son bir ayda 3 belə hadisə baş verib. Mənim üçün maraqlı olan budur ki, bu ölüm hadisələrinin istintaqının və məhkəməsi olan da var, amma həmin müddətdə təqsirkar həkimlərin heç birinin işinə məhdudiyyət qoyulmayıb. Halbuki, səhiyyə naziri istintaq getdiyi müddətdə həmin şəxslərin fəaliyyətlərini məhdudlaşdıra, ən azı bu adamların cərrahiyyə əməliyyatlarına girməyinə qadağa qoya bilər. Təəssüf ki, səhiyyə naziri bu imkanlarından istifadə etmir”.



Ailəsində oxşar faciə yaşanmış Afət Telmanqızı isə modern.az-a bildirdi ki, hələ ki, heç bir yerə rəsmən şikayət etməyib. “Bu gün gəlinimizin üç mərasimidir. Odur ki, başımız qarışıqdır. Hüzr mərasimini yola verəndən sonra özüm hara lazımdırsa, ora da müraciət edəcəyəm”.


Teqlər:
Bu xəbər cəmi 2290 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR