Gəncə Dövlət Universitetinin tələbələri sərgi təşkil edib.
24- 25 oktyabr tarixində Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı (GDU TGT) “Qızıl Əllər” sərgi müsabiqəsini təşkil edib.
Müsabiqədə universitet tələbələrinin əl işləri olan rəsm əsərləri, rəngli şüşələrdən hazırlanan mozaykalar və fotoşəkillər sərgilənib.
Müsabiqənin əsas məqsədi tələbərin asudə vaxtlarının səmərəli keçirilməsi, bilik və bacarıqlarının nümayiş olunması olub.
Sərgidə universitetin rektoru Yadigar Əliyev, prorektoru Pərvin Kərimzadə də iştirak edib.
Sonda ekspertin və münsiflər heyətinin qərarı ilə 2 nəfər 1-ci yer, 4 nəfər 2-ci yer, 2 nəfər 3-cü yerlə mükafatlandırılıb.