Oktyabrın 30-da Bakıda açılacaq 4-cü Avropa Film Festivalı çərçivəsində Almaniya səfirliyi Bora Dagtekin 2012-ci ildə çəkdiyi “Yeni öyrənənlər üçün türk dili” (Türkisch für Anfänger) alman komediyasını nümayiş etdirəcək.
Bu barədə səfirliyin mətbuat xidmətindən Aytəkin Məhərrəmli məlumat verib.
Onun sözlərinə görə, film 31 oktyabr, saat 20:10-da Park Bulvarda, (Neftçilər pr.1), 1 noyabrda isə Metro Parkda (Təbriz küç. 44) təqdim olunacaq. Biletlər pulsuzdur.
Film və festivalın proqramı haqda ətraflı məlumatı səfirliyin internet səhifəsindən əldə edə bilərsiniz: http://www.baku.diplo.de/contentblob/4018000/Daten/3598822/turkishfueranfaenger.pdf
Noyabrın 6-dək davam edəcək festival zamanı Avropa İttifaqına üzv olan 17 ölkənin və Azərbaycanın filmləri nümayiş etdiriləcək. Filmlər barədə ekspertlər və maraqlanan tamaşaçılar arasında dialoq aparmaq mümkün olacaq.