Yanvar-sentyabr ayları ərzində gömrük bəyannamələri əsasında 510 374.88 min kVt/s miqdarda elektrik enerjisi ixrac olunub.
Bu miqdarda elektrik enerjisi 20,966 milyon dollar məbləğ təşkil edib.
İlin doqquz ayında sayğac göstəriciləri əsasında isə 95 652.2 min kVt/s elektrik enerjisi ixrac olunub.
Qeyd edək ki, 2012-ci ilin yanvar-sentyabr ayları ərzində gömrük bəyannamələri üzrə 435 739.1 min kVt/s elektrik enerjisi ixrac olunub ki, bu da 21,697 milyon dollar məbləğ təşkil edib.
Ötən ilin doqquz ayında sayğac göstəriciləri əsasında 308 247.0 min kVt/s elektrik enerjisi ixrac olunub.