Yanvar-sentyabr ayları ərzində könüllü sığorta növlərindən əmlak sığortası üzrə 115 mln. 729 min 307 manat sığorta haqqı yığılıb.
Bu da əmlak sığortası üzrə yığımların illik 22,6% artmasını göstərir.
Yığımların 42 mln. 570 min 816 manatı avtonəqliyyat vasitələrinin sığortası, 36 mln. 018 min 526 əmlakın yanğından və digər risklərdən sığortası, 11 mln. 656 min 136 manatı yüklərin sığortası növlərinin payına düşüb.
Həmçinin ilk doqquz ayda könüllü əmlak sığortası üzrə ümumilikdə 25 mln. 575 min 131 manat ödəniş həyata keçirilib. Bu da ötən illə müqayisədə 11,3% artım deməkdir. Ödənişlərin 19 mln. 777 min 896 manatı avtonəqliyyat vasitələrinin sığortası üzrə olub.
Qeyd edək ki, yanvar-sentyabr ayları ərzində sığorta şirkətləri tərəfindən ümumilikdə 303 mln. 383 min 122 manat sığorta haqqı yığılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18%-dən çox artım olduğunu göstərir.
Bu ilin birinci doqquz ayında 88 mln. 534 min 14 manat sığorta ödənişi həyata keçirilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 31% artım deməkdir.
Bu ilin ilk doqquz ayı ərzində sığorta haqlarının 202 mln. 506 min 947 manatı könüllü sığorta növləri üzrə toplanıb. Ödənişlərin isə 61 mln. 843 min 744 manatı könüllü sığorta növləri üzrə həyata keçirilib.