Salyan rayonunda iş adamına məxsus ferma yanaraq yararsız hala düşüb.
Yanğın hadisəsi rayonun Qarabağlı kəndində qeydə alınıb.
Həmin kəndin sakini, iş adamı Qurban İsmayıl oğlu Abbasova məxsus 900 kvadratmetr sahəsi olan istifadəsis fermada yanğın başlayıb.
Hadisə yerinə FHN-nin Salyan bölgəsindən 2 və Şirvan şəhərindən isə 1 ədəd yanğısöndürən maşın göndərilib.
2 saatdan sonra yanğını söndürmək mümkün olub.
Faktla bağlı araşdırma aparılır.