Zaqatalada 2012-ci ilin mayında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması sahəsində tədbirlər uğurla davam etdirilir.
Rayon İcra Hakimiyyətindən bildirilib ki, cari ilin doqquz ayı ərzində 3960 şagird yerlik 11 məktəb binası istifadəyə verilib.
Daha 6 məktəb binasında bərpa-gücləndirmə işləri aparılıb. Nazirlər Kabinetinin ayırdığı vəsait hesabına zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən 9 uşaq bağçasında bərpa-gücləndirmə və tikinti işlərinə başlanılıb. Eyni zamanda, indiyədək rayonun zəlzələdən zərər çəkmiş ərazilərində 3900 fərdi evin tikintisi başa çatdırılıb.