Hazırda Şəki rayonunda 23 sənaye müəssisəsi fəaliyyət göstərir ki, bunların da 15-i kiçik müəssisədir.
Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, ilin əvvəlindən indiyə kimi rayonda istehsal və qeyri istehsal sahələrinin inkişafına yönəldilmiş investisiyanın həcmi 60 milyon 716 min manat təşkil edib.
Bu vəsaitin 71,1 faizi tikinti quraşdırma işlərinə sərf edilib. Bu müddətdə əhalinin məşğulluq məsələsi də diqqətdə saxlanılıb. Belə ki, Şəki Rayon Məşğulluq Mərkəzinə 2013-cü ilin 9 ayında 328 nəfər işaxtaran müraciət edib. Sakinlərdən 199 nəfər məhz sənaye müəssisələrində işlə təmin olunublar.