Birləşmiş Ərəb Əmirlikləri Misirdə infrastrukturun inkişafına və həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlmiş layihələrin reallaşmasına 4,9 milyard dollar ayırır.
Bu razılaşma oktyabrın 26-da Əbu Dabidə, Misirin baş naziri Xazem əl Biblavinin BƏƏ-yə səfəri çərçivəsində imzalanıb.
Daha 1 mlrd dollar Misiri müxtəlif növ yanacaqla təmin etmək üçün ayrılacaq. Bundan başqa, ərzaq təhlükəsizliyini təmin etmək məqsədi ilə BƏƏ buğdanın saxlanılması üçün 25 elevatorun tikintisini maliyyələşdirəcək.