Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Afət Telmanqızı: “Həkim terroru ailələrimizi məhv edir”

Afət Telmanqızı: “Həkim terroru ailələrimizi məhv edir”
“Günahkarların layiqli cəzasını alması üçün şəxsən özüm Baş prokurora, ölkə rəhbərliyinə müraciət edəcəm!” Bu sözləri jurnalist Afət Telmanqızı Sumqayıtda 1 saylı Doğum Evində qardaşının 26 yaşlı həyat yoldaşı Pərvinə Hüseynovanın həkim terroru nəticəsində vəfat etməsinə münasibət bildirərkən “Axar.az”a bildirdi. “Bütün bunlar barədə ilk dəfə sizə danışıram. Bu hadisənin baş verməsində günahkar Sumqayıtda 1 saylı Doğum Evinin rəhbərliyi İnna Ələkbərzadə və əməliyyatı yetirən həkimlərdi. Uşaq keysəriyyə yolu ilə dünyaya gəlib. Əməliyyat vaxtı sidik kisəsini zədələyiblər və kəskin böyrək çatışmazlığı əmələ gəlib. Doğuşdan 9 gün sonra Pərvanənin vəziyyətinin ağır olduğunu bildik. Həkimlər Pərvanənin vəziyyəti ağır ola-ola, bizə heç nə demirdilər. Axırda məcbur olub, Bakıya, Respublika Xəstəxanasına gətirdik. Burda da 15 gün qaldı və nəticədə məlum oldu ki, Sumqayıtdakı həkimlər əməliyyatı düzgün yerinə yetirməyiblər. Sidik kisəsi zədələnib, içəridə “sonluq cift”in qalıqları qalıb və bunun nəticəsində zəhərlənib və böyrəyi fəaliyyətini dayandırıb. Kəskin böyrək çatışmazlığı yüksək təzyiq yaratdı və nəticədə beyninə qan sızdı. Bu vəziyyətlə də komaya düşdü. 8 gün komada qaldı. Dünən gecə də keçinib”. Afət Telmanqızı həkim terroru nəticəsində son vaxtlar çoxsaylı ölümləri izlədiyini də söylədi: “Bu ölüm artıq bizim sıralarımıza çatıb, bu ağrını hər birimiz çiynimizdə hiss edirik. Həmkarım Anar Niftəliyevin də ailəsində həkim məsuliyyətsizliyi üzündən itki baş verdi və bu da bizə ciddi siqnaldır. Son günlər səhiyyə sistemində həkimlərin səhlənkarlığı üzündən baş verən hadisələrə qarşı kampaniyalara qoşulmaq artıq ictimai vəzifəmizə çevrilir. Ortada ailələr məhv olub gedir, körpə uşaqlar anasız qalır. Bütün bunlara son qoyulmalıdır”.

Teqlər:
Bu xəbər cəmi 1915 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR