Yanvar-sentyabr ayları ərzində Azərbaycandan həyata keçirilən ixracın 4 mlrd. 406 mln. 408 min dolları və ya 24,4 %-i İtaliyaya edilib.
Bu da ötən illə müqayisədə İtaliyaya ixracın 11 %-dək artmasını göstərir.
Daha sonra ixrac üzrə ilk onluqda 2 mlrd. 286 mln. 355 min dollarla İndoneziya, 1 mlrd. 453 mln. 400 min dollarla Tailand, 920 mln. 901 min dollarla İsrail, 897 mln. 861 min dollarla Almaniya, 867 mln. 200 min dollarla Hindistan, 807 mln. 691 min dollarla Fransa, 802 mln. 187 min dollarla Rusiya, 756 mln. 38 min dollarla ABŞ, 644 mln. 845 min dollarla Yuananıstan sıralanıb.
Bu müddətdə İtaliyadan Azərbaycana idxal isə 173 mln. 695 min dollar təşkil etməklə cəmi idxalın 2,15 %-ni tutub.
Qeyd edək ki, doqquz ayda Azərbaycan 144 xarici ölkə ilə 26 mlrd. 127 mln. 023 min dollar məbləğində ticarət əməliyyatı həyata keçirib.
Ticarət dövriyyəsinin 18 mlrd. 057 mln. 924 min dolları ixracın, 8 mlrd. 069 mln. 099 min dolları isə idxalın payına düşüb. İdxal əməliyyatları ötən ilin müvafiq dövründən 19%, ixrac əməliyyatları isə 1,5% çox olub.
Hesabat dövründə 5 839 ədəd mal çeşidi idxal olunub, 1 827 ədəd çeşiddə isə mal ixrac olunub.
İlin doqquz ayında ticarət əməliyyatlarında 9 mlrd. 988 mln. 824 min dollar məbləğində müsbət saldo yaranıb.