«Mançester Siti» klubunun Kot-d`ivuarlı ulduzu Yaya Ture qara dərili futbolçuların 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatını boykot etməli olduğunu deyib. Buna səbəb azərkeşlər arasında irqçiliyin geniş yayılmasıdır. Əgər Rusiya rəhbərliyi bunun qarşısını almaq üçün lazımı addımlar atmasa, dünya çempionatı boykot edilə bilər.
Oktyabrın 23-də Yaya Turenin çıxış etdiyi «Mançester Siti» Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Moskvanın CSKA klubu ilə üz-üzə gəlib. Oyun zamanı tribunalardan Turenin ünvanına xoşagəlməz ifadələr səsləndirilib. Artıq bununla bağlı UEFA-ya da müraciət edilib. Maraqlıdır ki, Moskva klubu ittihamları rəde dir və irqçi şüarların səsləndirilmədiyini iddia edir.