Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Mikayıl Cabbarov yeni əmr imzaladı

Mikayıl Cabbarov yeni əmr imzaladı
Əmrə əsasən ingilis və rus dilinin intensiv tədrisi üzrə layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur

Azərbaycan Respublikasının təhsil naziri “İngilis dilinin intensiv tədrisi üzrə layihənin əhatə dairəsinin genişləndirilməsi barədə” və “Rus dilinin intensiv tədrisi üzrə layihənin davam etdirilməsi barədə” əmrlər imzalanıb.



“İngilis dilinin intensiv tədrisi üzrə layihənin əhatə dairəsinin genişləndirilməsi barədə” əmrə əsasən, 2008-2009-cu tədris ilindən Bakı şəhərinin 7 pilot məktəbində tətbiq edilən “İngilis dilinin intensiv tədrisi” layihəsinin 2013-2014-cü tədris ilində ölkə üzrə 50 pilot məktəbdə həyata keçirilməsi qərara alınıb.



Təhsil Nazirliyi və “British Council”un birgə layihəsinin Bakı şəhərinin seçilmiş pilot məktəblərinin I-IV və V-X siniflərdə davam etdirilməsi və Bakı şəhər 116 nömrəli tam orta məktəbin I siniflərində tətbiqinə başlanılması da əmrdə nəzərdə tutulub. Əmrdə, həmçinin Gəncə şəhər xarici dillər təmayüllü gimnaziya və şəhər 4 nömrəli tam orta, Mingəçevir şəhər 3 və 4 nömrəli, Sumqayıt “Təfəkkür” liseyi və şəhər 23 nömrəli, Şirvan şəhər 9 və 21 nömrəli, Quba şəhər 3 və 4 nömrəli, Qusar şəhər 2 və 6 nömrəli, Xaçmaz şəhər 1 və 8 nömrəli, Şamaxı Avropa liseyi və 2 nömrəli, İsmayıllı şəhər 3 və 5 nömrəli, Şəki şəhər 8 və 10 nömrəli, Qəbələ şəhər 3 və 1 nömrəli, Zaqatala şəhər 2 nömrəli və akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey, Lənkəran şəhər 4 nömrəli və xarici dillər təmayüllü gimnaziya, Yevlax şəhər 5 və 9 nömrəli, Salyan şəhər 1 və 7 nömrəli tam orta məktəblərin I siniflərində layihənin tətbiqinə başlanılması qeyd olunub. Dərs ili ərzində 520 nəfər ingilis dili müəlliminin müvafiq təlimlərdə iştirakının təmin olunması, pilot məktəblərin dərslik və dərs vəsaitləri ilə təmin edilməsi məsələləri də əmrdə əksini tapıb.



“Rus dilinin intensiv tədrisi üzrə layihənin davam etdirilməsi barədə” əmrə əsasən, 2013-2014-cü dərs ilində Bakı şəhərinin 3, 12, 13, 20, 36, 42, 45, 51, 63, 70, 95, 106, 129, 178, 193, 212, 238, 244, 245, 246, 274, 250, 257, 263, 265, 272, 275, 276, 278, 283, 284, 286, 292, 295 nömrəli məktəblər və Bağça–Məktəb-Lisey Kompleksinin, Gəncə şəhəri 5 nömrəli, Mingəçevir şəhəri texniki-humanitar liseyi, Sumqayıt şəhəri 11 nömrəli, Şirvan şəhəri 3 nömrəli, Abşeron rayonu 2 nömrəli, İsmayıllı rayonu Talıstan kənd, Şəki rayonu 5 nömrəli, Şamaxı rayonu 6 nömrəli, Zaqatala rayonu Əlibayramlı kənd, Tovuz rayonu Ağbulaq kənd, Quba rayonu Əliməmmədoba kənd, Qusar rayonu Ləcət kənd, Masallı rayonu 2 nömrəli, Lənkəran rayonu Havzava kənd, Saatlı rayonu Məmmədabad kənd tam orta məktəblərin I-IV və V-IX siniflərində rus dilinin intensiv tədrisi üzrə Təhsil Nazirliyinin layihəsinin davam etdirilməsi nəzərdə tutulub.

Teqlər:
Bu xəbər cəmi 1875 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR