Prezident İlham Əliyev “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nə təsdiq edilməsi barədə sərəncam verib.
Sənədə əsasən məktəbəqədər yaşlı uşaqların fiziki və əqli inkişafını, sosiallaşmasını təmin edən, yaradıcılıq qabiliyyətlərini üzə çıxaran, onlarda həyati bilik və bacarıqları, davranış qaydalarını aşılayan təhsil standartlarının və yeni kurikulumların hazırlanması nəzərdə tutulur.
Həmçinin uşaqların davamlı inkişafına yönəlmiş pedaqoji fəaliyyətə dəstək vermək məqsədi ilə valideynlərin sistemli şəkildə pedaqoji-psixoloji maarifləndirilməsi üçün “Səriştəli valideynlər” proqramının, səriştə əsaslı ümumi təhsil standartları və kurikulumlarının hazırlanması sənənddə əksini tapıb.
Strategiyanın ən çox maraq doğruan məqam 12 illik ümumi təhsilə keçidlə bağlıdır. Sənədə əsasən 12 illik təhsilə keçidin təmin olunması üçün mövcud təhsil standart və kurikulumlarının yenilənməsi, tam orta təhsil pilləsində təlimin istiqamətlər üzrə bölünməsi həyata keçiriləcək.