Gələn il Londonda şəhər meri Boris Consonun təşəbbüsü ilə velosipedlərdən istifadə genişləndiriləcək və yeni modellər tətbiq olunacaq.
2014-cü ilin təcrübə proqramı çərçivəsində bir neçə yüz elektrik enerjisi ilə işləyən velosiped istifadəyə veriləcək.
“The Evening Standart” yazır ki, onların özünəməxsusluğu ondan ibarətdir ki, çoxlu dik yoxuş və pilləkənlərin olduğu yolların çətin hissələrində onlardan istifadə etmək bəsit olacaq.
Conson tərəfindən təşkil olunan Velosiped İdmanı Fondundan yeni nümunələrin alınması və velosipedlərin enerji ilə doldurulması üçün dok-stansiyaların qurulmasına 913 milyon avro vəsait ayrılacaq.
Elektron velosipedlərdən polislər də istifadə edəcək. Bu, onlara tixac problemi yaşamadan cinayətkarları təqib etmək imkanı verəcək.