Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Leysan yağışlar cənub bölgəsində ciddi fəsadlar yaratdı

Leysan yağışlar cənub bölgəsində ciddi fəsadlar yaratdı


Ötən gün axşam saatlarından başlayan leysan yağışları Lənkəran və Astara rayonlarında bir sıra fəsadlara yol açıb.



Fərdi təsərrüfatlara ziyan dəyib, elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Astarada isə bir neçə kənd su altında qalıb.



Cəmi bir neçə saat ərzində yağan güclü yağış Astaranın bir neçə kəndini sözün əsl mənasında suya qərq edib.Nəticədə rayonun Ərçivan, Artupa və digər kəndlərində 10-larla yaşayış evi həmçinin həyətyanı sahələr su altında qalıb.



Kənd əhalisinin mal qarası, toyuq-cücəsi tələf olub. Quru ot bağlamaları yararsız hala gəlib.Həyətlərə dolan su fərdi təsərrüfata və çiy kərpicdən olan tikililərə ciddi ziyan vurub. Kənd sakinləri hər dəfə güclü yağış yağanda bu cür hallarla rastlaşdıqarını, təsərrüfat işləri ilə bağlı yayda susuzluqdan, qışda isə hər şeyi yuyub aparan seldən böyük əziyyət çəkdiklərini, zəhmətlərinin hədər getdiyini bildirdilər. Bunun başlıca səbəbi kimi rayonda kanalizasiya sisteminin bərbad halda olmasını göstərdilər. Hazırda əraziyə texnikalar cəlb olunub. Cəlb olunan texnikalar vasitəsi ilə selin fəsadları aradan qaldırılır. Güclü yağışlar Astara ilə yanaşı Lənkəranda da bir neçə təsərrüfata ciddi ziyan vurub, enerji verilişində fasilələr yaranıb. Lənkəran Regional Hidrometeorologoya Müəssisəsindən bölgədə  yağmurlu hava şəraitinin bir neçə gün davam edəcəyi bildirilib.


Teqlər:
Bu xəbər cəmi 1315 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR