Bu layihə çərçivəsində inşa olunacaq əsas tunelin 3 gediş və 3 gəliş hissəsi olacaq, bu yol nəticədə avtonəqliyyatın Ziya Bünyadov prospekti ilə «Koroğlu» və «20 Yanvar» metro stansiyaları istiqamətində hərəkətini asanlaşdıracaq. Eyni zamanda, tunel üzərində nəqliyyatın yan yollarla hərəkətini və Böyükşor küçəsi istiqamətində giriş-çıxışı, həmçinin tunel üzərində dairəvi hərəkəti təmin olunacaq. Bunu «APA-Economics»ə açıqlamasında tikinti işlərini icra edən «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC-nin mətbuat xidmətinin rəhbəri Afaq Quliyeva bildirib.
Onun sözlərinə görə, tunel tipli qovşağın tikintisi prosesi beş şirkət tərəfindən aparılır. «Akkord»a məxsus hissədə bütün kommunikasiya xətləri keçirilib, qazma işləri aparılıb. Hazırda üzləmə işləri gedir.
Qeyd edək ki, tunelin ümumi uzunluğu 610 metr, qapalı hissənin uzunluğu isə 140 metr, eni 26,5 metr, hündürlüyü isə 5,5 m, tunelin yan yollarının uzunluğu 1 600 metr, eni isə 7-12 metr olacaq.
Layihənin sifarişçisi qismində Nəqliyyat Nazirliyi çıxış edir.