İlk doqquz ayda bütün maliyyə mənbələrindən tikinti kompleksinə yönəldilmiş vəsaitlərin 7,9 mlrd. manatı qeyri-neft sektoruna edilib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,4% artım deməkdir.
Doqquz ay ərzində bütün maliyyə mənbələrindən tikinti kompleksinə 11.8 milyard manat məbləğində vəsait yönəldilib.
Onun 8.4 milyard manatını və ya 71.5 faizini daxili vəsaitlər, 3.4 milyard manatını xarici mənbələrdən ayrılmış investisiyalar təşkil edib.
Ötən illə müqayisədə əsas kapitala yönəldilmiş vəsait 19.0 faiz, o cümlədən tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait 30.0 faiz artıb.