“Nokia” oktyabr 22-də Abu-Dabi şəhərində açılacaq “Nokia World” konfransında “Lumia 2520” planşetini təqdim edib.
“Windows RT 8.1” idarəetməsi altında çalışan alət “Nokia”nın ilk planşetidir.
10,1 düymlük ekranı olan “Lumia 2520”nin 4 nüvəli “Snapdragon 800” prosessoru var. Planşetin 2 GBt-lıq operativ və 32 GBt-lıq daxili yaddaşıdır. Alət “microSD”-ni dəstəkləyir. Planşet LTE şəbəkəsi də daxil olmaqla, mobil və Wi-Fi şəbəkələrə qoşula bilir. “Lumia 2520”nin Carl Zeiss optikalı 6,7 MBt-lıq arxa kamerası və 2 MBt-lıq ön kamerası var.
Planşetin çəkisi 615 qramdır. Şirkət bildirir ki, planşetin batareyası 80% enerjini bir saata yığır. “Windows RT” üzərində olan bütün planşetlər kimi “Lumia 2520” “MS Office” paketi və “Outlook” poçtu ilə təmin olunub.
Planşet qara, ağ, qırmızı və göy rənglərdə buraxılacaq. ABŞ-da alətin qiyməti 499 dollar olacaq.