10 ildə tikinti sektorunda fəaliyyət göstərən 523 sahibkara Sahibkarlara Kömək Milli Fondu tərəfindən 82,6 milyon manat güzəştli kredit verilib.
Bu barədə bu gün işə başlayan 19-cu Azərbaycan Beynəlxalq İnşaat sərgisinin açılışında (BakuBuild) Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) sədri Rüfət Məmmədov bildirib.
O qeyd edib ki, hazırda tikinti işlərini həyata keçirilməsində özəl sektorun payı 77%-ə çatıb.
R.Məmmədov tikinti materiallarının da həcminin 10 ildə 2,5 dəfə artdığını bildirib.
Onun sözlərinə görə, tikini sektorunda fəaliyyət göstərən müəssisələrin sayı isə 11,7 dəfə artıb.