Nazirlər Kabinetinin qərarına əsasən, bu həftənin bazar günü yay saatı ləğv ediləcək. Həmin qərara uyğun olaraq, yay vaxtının ləğvi oktyabrın 27-də səhər saat 5.00-da gerçəkləşdiriləcək.
Qeyd edək ki, hər il oktyabr ayının son bazar günü əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
Xatırladaq ki, yay vaxtı mart ayından qüvvədədir. Belə ki, Nazirlər Kabinetinin 17 mart 1997-ci il qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblər bir saat qabağa çəkilməklə yay vaxtı tətbiq olunur.