Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Yol polisi ilə bağlı şikayətiniz var?

Yol polisi ilə bağlı şikayətiniz var?
“On gündür DYP-nin rəsmi saytında olan elektron poçta yazdığım məktuba cavab verilmir”.


Bu sözləri “Qafqazinfo”nun elektron poçtuna bir oxucu göndərib. O, oktyabrın əvvəlində şahidi olduğu hadisə ilə bağlı şikayətçi olduğunu bildirib:



“Oktyabrın 3-ü saat 18:40 radələrində Niyazi küçəsi 3 ünvanında Heydər Əliyev Fondunun qarşısında taksi gözləyən zaman belə bir hadisənin şahidi olmuşam. Fondun qarşısında qara 514 nömrəli maşın dayanmışdı. Həmin vaxt qarşı istiqamətdə hərəkət edən 10-YP-501 dövlət nişanlı DYP maşını (miqalkası söndürülmüş vəziyyətdə) qəflətən yolun əks istiqamətinə manevr edərək qoşa xətti keçərək fondun qarşısında dayanan maşına dəydi. Heç bir reaksiya verməyən DYP maşını yoluna davam etdi. Baxmayaraq ki, qara maşının sürücüsü maşından dərhal çıxdı, DYP maşını isə hətta üzr istəməyi özünə sığışdırmadı. 10 gündür DYP-nin rəsmi saytında olan emeylə yazdığıma cavab verilmir”.



 Bəs sorğu necə göndərilir?



 Bunun üçün öncə Baş Dövlət Yol Polisi İdarəsinin saytına  daxil olub və orada sol tərəfdə əlaqə bölməsində E-poçt: [email protected]cript>
/* (function(){try{var s,a,i,j,r,c,l,b=document.getElementsByTagName("script");l=b[b.length-1].previousSibling;a=l.getAttribute('data-cfemail');if(a){s='';r=parseInt(a.substr(0,2),16);for(j=2;a.length-j;j+=2){c=parseInt(a.substr(j,2),16)^r;s+=String.fromCharCode(c);}s=document.createTextNode(s);l.parentNode.replaceChild(s,l);}}catch(e){}})();
/* ]]> */
bu ünvana öz şikayətlərini göndərə bilərsiz. 



Əgər buna vaxtınız yoxdursa və daha operativ şəkildə cavab almaq istəyirsizsə, online müraciət edə bilərsiz. Elə həmin saytda Online müraciət bölməsinə daxil olandan sonra qarşınıza bu pəncərə çıxacaq 







 



lazım olan şərtləri doldurandan sonra əlavə et bölməsini vurmaqla işiniz bitmiş sayılır.



 Görəsən, BDYPİ sorğuları necə cavablandırır?



 Ümumiyyətlə Baş Dövlət Yol Polisi İdarəsinin elektron poçtuna daxil olan sorğulara neçə günə cavab verilir? 



Bu sualı isə elə idarənin şöbə rəisi Kamran Əliyevə ünvanladıq.



Şöbə rəisinin sözlərinə görə, elektoron poçta gələn bütün sorğulara cavab verilir:



 “Elə sorğular var ki, araşdırılması üçün vaxt lazım olur və sayta ünvanlanan hər hansı bir müraciət, sorğu aidiyyəti üzrə yönləndirilir”.



Kamran Əliyev həmçinin qeyd edib ki, vətəndaşların sorğuları ilə bağlı araşdırmaya əlavə zərurət yaranmasa, 7 gün ərzində həmin soruya cavab verilir.



"Əgər sorğu, məlumatalama xarakteri daşıyan müraciətlər olarsa, daha tez-1-2gün ərzində həmin şəxsin elektron poçtuna cavab göndərilir".



Kamran Əliyev şikayətçi olan oxuculardan, sorğu ilə bağlı müraciət edəndə ad, soyad, atalarının adı və telefon nömrələrini əlavə etmələrini xahiş edib:



 “Şikayətçilərdən nəyisə soruşmağa ehtiyac olanda operativ şəkildə onlarla əlaqə saxlanılsın”.



Yazı Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi "Qızılbaş" GMİB-nin "Bizim hüquq: imkan və çərçivələr" layihəsi üçün hazırlanıb.


Teqlər:
Bu xəbər cəmi 1365 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR