Oktyabrın 25-də dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz “Arşın mal alan” operettasının 100 yaşı tamam olur.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, oktyabrın 25-də “Əsrləri fəth edən Arşın malçı” adlı tədbir keçiriləcək.
Bəstəkarın ev muzeyində, həmçinin əsərin 100 illik səhnə həyatını işıqlandıran sərgi olacaq.
Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Musiqili Teatrının aktyorlarının ifasında “Arşın mal alan” operettasından parçalar nümayiş etdiriləcək, musiqilər səslənəcək.